Azərbaycan şahmatçıları dünya çempionatında çıxışlarını qələbələrlə başladı

14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında dünya çempionatında 400-dən çox şahmatçı iştirak edir.

Etikxeber.az xəbər verir ki, Xantı-Mansiyskdə dünyanın 57 ölkəsindən olan şahmatçıların iştirakı ilə keçirilən turnirdə Azərbaycanı Gövhər Beydullayeva, Xanım Balacayeva, Süsən Məmmədova, Zaur Bayramov, Andrey Mustafin və Murad İbrahimli təmsil edir.

Birinci turda Gövhər Beydullayeva(16 yaşa qədər), Murad İbrahimli (16 yaşa qədər), Andrey Mustafin (16 yaşa qədər), Xanım Balacayeva (16 yaşa qədər) və Zaur Bayramov (16 yaşa qədər) qalib gəliblər, digər təmsilçimiz Süsən Məmmədova (16 yaşa qədər) isə ilk oyunda uduzub.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyası yeniyetmələr arasında keçirilən birinciliyi bu ildən başlayaraq iki hissəyə bölməyi qərara alıb. 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında ən güclü iştirakçılar Xantı-Mansiyskdə müəyyən ediləcək. 8, 10 və 12 yaşa qədər oğlanlar və qızlar isə medallar uğrunda Batumidə mübarizə aparacaqlar. Bu yarışlar 2016-cı il oktyabrın 18-dən 30-dək keçiriləcək.

11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə təşkil ediləcək yarışlarda oyun günləri 22-26 sentyabr, 28-30 sentyabr və 3 oktyabr tarixlərinə təyin edilib.

Etikxeber.az

Read Previous

Əbülfəs Qarayev: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki…”

Read Next

7 həkim sertifikasiya imtahanından keçə bilmədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir