“Azərbaycan tərəfindən açılan atəş nəticəsində Ermənistan hərbiçisinin ölümcül yaralanması yalandır”-MN

Martın 22-si saat 16:20 radələrində guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində Arazdəyən istiqamətindəki döyüş mövqeyində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun ölümcül yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan müdafiə nazirliyi bu kimi dezinformasiyaları yaymaqla son dövrlərdə ordusunda artan intizamsızlıq nəticəsində baş verən özünəqəsd və digər neqativ halları ört-basdır etmək məqsədini güdür.

Etikxeber.az

Read Previous

Daha 5 yeni-YOLUXMA…

Read Next

Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev dünyasını dəyişdi-DİLARƏ ƏLİYEVA VƏ MEHRİBAN ZƏKİ XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir