“Azərbaycan tarix yazır və bu sıraya daha birini əlavə edəcək”-MİLLƏT VƏKİLİ

BMT Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının bu gün-10 iyul tarixində keçirilməsi çox böyük tarixi hadisədir. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyev siyasətinin, Azərbaycan diplomatiyasının sözlə ifadəsi mümkün olmayan böyük uğurudur. Bu, hər gün tarixi yazan Azərbaycanın, dövlət başçısının növbəti ilki, növbəti zəfəridir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili xatırladıb ki, bir neçə gün öncə BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi, Azərbaycan ölkə Prezidenti İlham Əliyevin timsalında BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmiş etmiş və qısa zaman kəsiyində də, bu təşəbbüs təkcə adıçəkilən təşkilata üzv olan dövlətlər tərəfindən deyil, bütövlükdə BMT üzvü olan 130-dan çox dövlət tərəfindən böyük dəstək qazanmışdı.

Onun sözlərinə görə, ölkə Prezidenti bu ilin əvvəlindən dünyanı başına götürən, böyük maddi-mənəvi-insani fəsadlara səbəb olan və hələ də davam edən dəhşətli bəlaya-koronavirus pandemiyasına qarşı birgə mübarizənin təşkil edilməsini, birgə çıxış yollarının tapılmasını önəmli sayaraq, belə bir vacib təklifi-təşəbbüsü səsləndirmişdi.

“Çünki doğrudan da, pandemiyaya qarşı mübarizədə dünyanın həmrəylik nümayiş etdirməsinə, dünyanın bir saylı qurumunun-BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına və keçirilməsinə ciddi ehtiyac duyulurdu. Dövlət başçımız məhz bu ehtiyacdan və zərurətdən çıxış edərək, belə bir təşəbbüslə çıxış etmiş və dərhal da böyük dəstək qazanmışdı. Eyni zamanda, Azərbaycan Prezidenti ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan telefon danışığında bir daha dövlət başçımızın təşəbbüsü təqdir edilmiş, eyni zamanda, belə bir əminlik ifadə olunmuşdu ki, baş tutacaq, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq. 

Bu baxımdan, bir daha belə hesab edirik ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsü və bu təşəbbüsün bu gün-yaxın saatlarda reallığa çevrilməsi dünya ölkələrinin səylərinin səfərbər edilməsinə və qlobal həmrəyliyə öz töhfəsini verəcək. Bu, həm də Azərbaycanımızın dünyada təhlükəsizliyin və sağlamlığının təmin olunmasına özünün növbəti töhfəsi olacaq. Bu, həm də güclü, qüdrətli Azərbaycanın ölkə Prezidentinin başçılığı, rəhbərliyi ilə növbəti uğuru, zəfəri olacaq. Bir sözlə, Azərbaycan daha bir tarix yazacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

21:19, 10 iyul

Etikxeber.az

Read Previous

Bu gündən iyulun 13-dək 16 şəhər və rayonda ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Read Next

“Bu, özü də toponimlərimizin soyqırımının Ermənistanda dövlət səviyyəsində həyata keçirilməsinin əyani sübutudur”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir