Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir – NATO RƏSMİSİ

Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir və NATO-nun səylərini dəstəkləyir. NATO Azərbaycanın terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirir.

Etikxeber.az xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində NATO baş katibinin müavini xanım Rouz Gotemoller deyib.

Baş katibin müavini bu il iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşünün önəmini qeyd edib.

Rouz Gotemoller Azərbaycanın NATO ilə sıx əməkdaşlığının olduğunu vurğulayıb.

O əlavə edib ki, Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına töhfə verir.

“Biz bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir”, – deyə o əlavə edib.

Etikxeber.az

Read Previous

100 ilin Parlamenti, Parlamentin 100 ili – BAHAR MURADOVA YAZDI

Read Next

Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır – FUAD ƏLƏSGƏROV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir