“Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz”-SPİKER – FOTO

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, spiker Azərbaycan Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib.

Qeyd edilib ki, iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür:

“Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir”.

Sədr ümidvar olduğunu bildirdib ki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz töfhəsini verəcək:

“Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz”.

Öz növbəsində, səfir qeyd edib ki, ölkəsi həmişə Azərbaycanın yanındadır:

“Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcəkdir”.

Görüşdə,  həmçinin, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf prespektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Etikxeber.az

Read Previous

Daha bir böyük sənətkarı itirdik: Teymur Mustafayev- KORONAVİRUSDAN VƏFAT ETDİ… – YENİLƏNİB – (1)

Read Next

“3 modul tipli xəstəxanın açılışnda ölkə Prezidentinin verdiyi mesajlar hər birimiz üçün vacib və önəmlidir”-JALƏ ƏLİYEVA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir