“Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır” – OQTAY ƏSƏDOV

Türkiyə Qarabağ münaqişəsinin həllinə  hər cür dəstəyə hazırdır

Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır.

Etikxeber.az  xəbər verir ki, bu fikirlər iyunun 11-də Milli Məclisin (MM) sədri Oqtay Əsədovla Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Sürəyya Sədi Bilgicin başçılıq etdiyi nümayəndə heyətinin görüşündə səsləndirilib.

Spiker bildirib ki, hər iki dövlət başçıları arasındakı dostluq və qardaşlıq münasibətləri həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir:

“Azərbaycan-Türkiyə münasibətləri strateji xarakter daşıyır. Heç də təsadüfi deyildir ki, Türkiyənin yüksək vəzifəyə seçilmiş rəsmi nümayəndələri həmişə ilk səfərlərini Azərbaycana edirlər. Qarşılıqlı xarakter daşıyan bu səfərlər artıq ənənə xarakteri alıb.

Hər iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması ölkələrimiz arasında ticarət dövriyyəsinin artımında da özünü göstərir. 2017-ci ildə bu sahə üzrə  göstərici 2,7 milyard ABŞ dolları həcmində olmuşdursa, ötən il bu rəqəm 3,5 milyardı keçib.

 2018-ci ildə Türkiyədə TANAP kimi qlobal neft layihəsinin rəsmi açılış mərasimi keçirilmiş, həmin ilin oktyabrında isə STAR neft emalı zavodu işə başlayıb.

 Artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası nəticəsində bütün türk dünyası yeni Dəmir İpək yolu ilə birləşəcək.

Azərbaycan gələcəkdə Türkiyəyə investisiya yatırımlarını artırmaq niyyətindədir”.

O.Əsədov həmçinin qeyd edib ki, Yaxın Şərqdə söz sahibi olan Türkiyəyə göstərilən bütün təzyiqlərə baxmayaraq, biz bu qardaş ölkənin yeni çağırışlara layiqincə cavab verəcəyinə qəlbən inanırıq.

sureyya

Sürəyya Sədi Bilgic isə ölkəmizə ilk dəfə səfər etdiyini və Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcəklərini dilə gətirib:

“Konfransda müzakirə olunacaq məsələlər tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Regional təhlükəsizlik, qarşılıqlı dialoq, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi kimi mövzular bu gün kifayət qədər aktualdır”.

O, eyni zamanda, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, beynəlxalq hüquq müstəvisində ədalətli həlli üçün Türkiyənin hər cür dəstək göstərməyə hazır olduğunu bir daha qeyd edib.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident səhiyyə işçilərini təltif etdi – SƏRƏNCAM(LAR)

Read Next

“Avro-2020”nin seçmə mərhələsində növbəti oyunlar – NƏTİCƏLƏR – MİLLİMİZİN BİABIRÇI MƏĞLUBİYYƏTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir