Azərbaycan UEFA reytinqində Qazaxıstanla fərqi yarım xala endirdi

Avrokubokların qrup mərhələsinin II turundan sonra UEFA reytinqi açıqlanıb.

Etikxeber.az-ın məlumatına görə, Çempionlar Liqasında 16, Avropa Liqasında 24 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Serbiya Xorvatiyanı, İsveçrə Norveçi, Bolqarıstan Polşanı keçib.

Azərbaycanın mövqeyi dəyişməsə də, xal hesabı artıb.

“Qarabağ”ın Avropa Liqasında Lüksemburq “Düdelanj”ını 4:1 hesabı ilə darmadağın etməsi ölkəmizin aktivinə 0,500 xal qazandırıb.

Bu yarım xalla Azərbaycanın cari mövsümdəki əmsalı 2,875-ə yüksəlib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz isə 18,250 xal olub.

Azərbaycan Avropada 26-cı sıradadır.

“Qarabağ”ın qələbəsindən sonra 25-ci yerdəki Qazaxıstanla fərq 0,500 xala düşüb. Bu mövqeyi ələ keçirmək üçün Ağdam klubunun “Astana” ilə müqayisədə daha bir qələbə artıq qazanması lazımdır. 27-ci olan Bolqarıstanla fərq isə 1,375-ə bərabərdir.

Qeyd edək ki, cədvəlin ilk pilləsində İspaniya qərarlaşıb – 89,283. 

Etikxeber.az

Read Previous

“Fəxr edirəm ki, azərbaycanlıyam” – QURBAN QURBANOV – AFFA “UEFA”YA MÜRACİƏT EDƏCƏK

Read Next

“Ermənilər, Ermənistan və himayədarları dünən daha iki sarsıdıcı zərbələrini aldılar” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir