Azərbaycan və Argentina musiqiçiləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək

Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Argentinanın “Victor Huqo Villena’s band” qrupunun və Azərbaycanın tanınmış muğam ustalarının iştirakı ilə konsert keçiriləcək.

Etikxeber.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan “Tango and Mugham” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq Artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), Argentinadan isə Viktor Hüqo Villena Obregon (bandoneon), Maurisio Enriki Anqarita (kontrabas), Dieqo Martin Trosman Benhamo (gitara) və Xavyer Estrella (zərb alətləri) çıxış edəcəklər.

Etikxeber.az

Read Previous

DGK sədri Saatlıda vətəndaşları qəbul edəcək

Read Next

Bu, Dağlıq Qarabağ peyzajları və Abşeronun qızmar havasıdır – ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir