Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram – DÖVLƏT KATİBLİYİNƏ NAMİZƏD

“Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram”.

Etikxeber.az-ın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.

Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin “rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?” sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.

Etikxeber.az

Read Previous

Amnistiya Aktı penitensiar müəssisələrdə 3535 məhkuma tətbiq edilib – GENERAL – FOTO

Read Next

Millət vəkili bəylə gəlini donmaqdan qurtardı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir