Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü hazırlanır – HƏMSƏDR

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayırlar.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu amerikalı həmsədr Endryu Şeffer bəyan edib.

“Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir”- deyə, E.Şeffer qeyd edib.

Onun sözlərinə görə, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiq olaraq qalır:

“ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”. 

Etikxeber.az

Read Previous

10 təşkilatda konfranslar hələ keçirilməyib – YAP-DAN AÇIQLAMA

Read Next

Akşənərin partiyasında nüfuzlu ANAP-lılar da, DYP-lilər də, AKP-lilər də var – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir