Azərbaycan və Rusiya vilayətləri arasında 12 sənəd imzalanıb

Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Azərbaycan və Rusiyanın müxtəlif vilayətləri arasında əməkdaşlığa dair 12 sənəd imzalanıb.

Etikxeber.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Stavropol vilayətinin Kislovodsk kurort-şəhəri Administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair Saziş, Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq barədə Niyyət Protokolu, Rusiya Federasiyasının Həştərxan vilayətinin “Nərimanov rayonu” bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye-istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlığa dair Saziş, AZPROMO ilə Dağıstan Respublikasının Sahibkarlıq və İnvestisiya Agentliyi arasında əməkdaşlığa dair Memorandum, AZPROMO və Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlıq barədə Memorandum, Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa dair Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Xaçmaz Turizm İnformasiya Mərkəzi ilə “Dərbənd 2000” Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında Saziş, Azərbaycanın Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Forum çərçivəsində həmçinin, “Bentonit” MMC, “ADY Exspress” MMC və “AzRosPromInvest” MMC arasında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın “Qlass Haus” şirkəti ilə Dağıstan Respublikasının “Xəzər Vərəqə Şüşə Zavodu” ASC arasında mallar təchizatı üzrə Niyyət Sazişi imzalanıb.

Etikxeber.az

Read Previous

Rusiyalı məmur-siyasətçi Bakıda ABŞ əleyhinə sərt ifadələr işlətdi…

Read Next

Tatlısəs də özünü “FETÖ qazisi” hesab edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir