Azərbaycan və Türkiyə orduları birgə təlimlər-KEÇİRƏCƏK

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq.

Müdafiə Nazirliyindən (MN)  Etikxeber.az-a verilən məlumata görə, ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

Etikxeber.az

Read Previous

İntihar edən əsgərin ölümü ilə bağlı cinayət işi-AÇILDI…

Read Next

Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi-YARADILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir