“Azərbaycan vətəndaşları olaraq tələb olunan, qaydalara və qadağalara maksimum riayət etməliyik”-DEPUTATDAN ÇAĞIRIŞ

VI çağırış deputat mandatımı aldıqdan sonra seçicilərimin müraciətləri əsasında əlaqədar təşkilatlara, icra qurumlarına göndərdiyim məktubların sayı dünən 82 oldu. Daha 12 məktub bu gün online sistemlə göndərildi. Ölkə ərazisində bayram tətili olduğu üçün təşkilatların poçt-qəbul xidməti bağlıdır, lakin bununla belə, bilirsiniz ki, Nazirlər Kabinetinin qərarına əsasən rəsmi qurum və quruluşlar koronavirusla əlaqədar olaraq bayram günlərində də işləyəcəklər. Bayram günlərində həm Zərdabda, həm də Ucarda görüşlər keçirməyi planlayırdım. Hətta bunun üçün 21-24 mart tarixlərini əhatə edən qafik də hazırlamışdıq. Lakin məlum səbəblə-koronavirusun önlənməsi tədbirləri çərçivəsində tətbiq edilən və hamımızın əməl etməli olduğumuz qaydalar çərçivədində bu görüşləri təxirə salmalı olduq. Bununla belə, bütün təcili məsələlərlə əlaqədat olaraq həm mənə, həm də köməkçimə telefonla müraciət edə bilərsiniz.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Yeri gəlmişkən, hər birinizə səslənərək demək istəyirəm ki, bu xəstəlikdən az ziyan və minimum itkiylə xilas olmaq üçün dövlətimiz, hökümətimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün vacib və lazımlı addımları atır, təxirəsalınmaz tədbirləri görür. Bizdən isə, Azərbaycan vətəndaşları olaraq tələb olunan, qaydalara və qadağalara maksimum riayət etməkdir. İlk növbədə özümüzün, ailələrimizin, ətrafımızın və deməli bütünlükdə ölkəmizin sağlamlığı, əmin-amanlığı üçün birləşmək, həmrəy olmaq vətəndaşlıq borcumuzdur! Hamınıza xəstəliksiz günlər arzulayıram! Allah dünyamızı, ölkəmizi, dövlətimizi qorusun! Amin!”-deyə, o, sonra bildirib.

Etikxeber.az

Read Previous

“Yeməyimiz, içməyimiz, toyumuz, yasımız, təhsilimiz, işimiz, istirahətimiz sadələşməlidir…” – FAZİL MUSTAFA YAZDI

Read Next

“Nə qədər çətinliyə düşsək də, vətəndaşların sağlamlığını gözləməliyik” – TAHİR RZAYEV PREZİDENTİN SON ADDIMLARINI YÜKSƏK DƏYƏNLƏNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir