“Azərbaycan xalqı növbəti dəfə öz layiqli seçimini edəcək…” – TAHİR RZAYEV – YENİLƏNİB – (2)

Milli Məclisin (MM)  Regional məsələr komitəsinin sədr müavini Fəttah Heydərov  ölkə Prezidenti İlham Əliyevin ABŞ-a səfərinə toxunaraq, bunun Azərbaycan, dövlətçiliyimiz üçün çox əhəmiyyətli olduğunu söyləyib.

fattah

Etikxeber.az xəbər verir ki, F. Heydərov bu yöndə fikirlərini Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin sentyabrın 19-da keçirilən iclasında dilə gətirib

“Çox əlamətdar haldır ki, komitəmizin iclası məhz həmin səfər günlərinə təsadüf edir. Bu səfər çox əhəmiyətli və vacib səfərdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və layiqli yerinin göstəricidir. Azərbaycanın yürütdiyi düzgün, balanslı siyasəıt nəticəsində ölkəmiz bu gün dünyanın aparıcı, söz sahibi olan ölkələrindən birinə çevrilib. Hesab edirəm ki, ölkə Prezidentinin bu səfəri də Azərbaycanın beynəlxalq aləmdəki yerinin və nüfuzunun  möhkəmlənməsinə öz töhfəsini verəcək”.

***

Adıçəkilən komitənin üzvü Tahir Rzayev isə diqqəti qarşıdan gələn 2018-ci il prezident seçkilərinə yönəldib.

O, bildirib ki, Azərbaycanının uğurlarını gözügötürməyən ermənipərəst anti-azərbaycançı qüvvələr seçkilər ərəfəsində yenidən fəallaşmaqdadırlar:

“Bildiyiniz kimi, gələn il Azərbaycan cəmiyyəti, ictimai-siyasi həyatımız üçün çox vacib bir proses yaşanacaq. Yəni, Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ancaq çox təəssüflər olsun ki, yenə də bəzi anti-Azərbaycan dairələri  fəallaşmaqdadırlar. Onlar ölkəmizlə, uğurlarımızla bağlı yenidən ən müxtəlif təxribatlara əl atmmaqdadırlar. Hər vəchlə çalışırlar ki, ölkəmizin uğurlarının, nailiyyətlərinin üzərinə kölgə salsınlar. Ancaq həmin dairələr  əmin olsunlar ki, budəfki cəhdləri, murdar niyyətləri baş tutmayacaq, iflasa məruz qalacaqlar. Seçkilər azad, ədalətli və demokratik şəritdə baş tutacaq və Azərbaycan xalqı növbəti dəfə öz layiqli seçimini edəcək”.

***

fazail-2

Komitə üzvü, professor Fəzail İbrahimli də seçiklər məsələsində sərt danışıb, Azərbaycanın sabitliyini, inkişafını istəməyən qüvvələrin ünvanına kəskin ifadələr səsləndirib.

O,  eyni zamanda Azərbaycan xalqını anti-Azərbaycan dairələrinə qarşı birləşməyə, səfərbər olmağa çağırıb.

“Həmin məhfur qüvvələr yenidən fəallaşmaqda, ən alçaq təxribat əməllərinə əl atmaqdadırlar. Onlara imkan, fürsət vermək olmaz. Azərbaycan xalqı öz gələcəyi, inkişafı, xüsusən də, yaşadığı stabilliyi, təhlükəsizliyi naminə həmin qüvvələrə qarşı sıx birləşməli və onların niyyətlərinin  baş tutmamasına qarşı birgə mübarizə aparmalıdır. Bu, hər birimizin borcu və vəzifəsidir. Heç kəs bu məsələdə kənarda – seyrçi kimi qalmamalıdır”.

***

azer-badamov

Millət vəkili Azər Badamov da öz növbəsində həmkarlarının mövqeyini dəstəkləyib.

“Mən də belə hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hər birimiz ayıq-sayıq, fəal omlalıyıq. Çünki həmkarlarımın da qeyd etdikləri kimi, Azərbaycanı istəməyən qüvvələr yenidən ölkəmizə qarşı fəaliyyətə başlayıblar. Əslində onlar heç zaman “faəaliyyətlərini” dayandırmayıblar, daim ölkəmizə qarşı təxribatlarını davam edirməkdədirlər. Onlar ölkəmizin inkişafından, dünyadakı nüfuzundan, ölkə Prezidentinin apardğı uzaqgörən və müstəqil siyasət kursundan çox narahatdırlar. Bu, onların maraqlarına uyğun deyil. Ancaq mən inanıram və qəti əminəm ki, bu dəfə də həmin qüvvələr acı məğlubiyyətə uğrayacaq, seçkilər prosesi isə çox sakit, təhlükəsiz və demokratik bir şəraitdə reallaşacaq. Heç kim də buna şübhə etməsin. 2018-ci il seçkiləri də anti-Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bələdiyyə qulluqçularının etik davranış kodeksi ilə bağlı 2 məsələ üzərində müzakirələr gedir” – RƏHİMZADƏ – YENİLƏNİB – (1)

Read Next

“2018-ci il seçkiləri də anti-Azərbaycan dairələri üzərində növbəti qələbəmiz olacaq” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir