Azərbaycan, yoxsa, ABŞ əməkdaşlıqda daha çox maraqlıdır? – AÇIQLAMA

Aydın Mirzəzadə: ABŞ Azərbaycandakı inkişafı görür və ölkəmizlə əməkdaşlıqda maraqlıdır

 ABŞ-Azərbaycan münasibətlərinin son dövr xarakteristikasına diqqət etsək, görərəik ki, ABŞ-da Azərbaycan haqqında illərlə daha çox obyektiv fikir formalaşmağa başlayır. ABŞ-ın həm rəsmi, həm ciddi siyasi, iqtisadi, biznes dairələri Azərbaycanın müstəqil daxili-xarici siyasət yeritməsinin tək ölkəmizin deyil, eyni zamanda, ABŞ-ın da maraqlarına cavab verdiyini göstərirlər.

Etikxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu politoloq, millət vəkili Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki,  Azərbaycan  bu gün regionun, region üçün stabilləşdirici faktordur.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır.

“Azərbaycanın timsalında Şərqdə həm öz milli-mənəvi dəyərlərini qoruyan, həm də bu gün inkişaf etmiş ölkələri xarakterizə edən prinsipləri tətbiq edən bir ölkə görürlər.

Həmçinin, Azərbaycanın bu gün dünyada sülhün və stabilliyin bərqərar olması üçün çox ciddi töhfə verdiyi də göz qarşısındadır.

aydinnn

Azərbaycan bu gün beynəlxalq tədbirlər keçirildiyi,  ciddi layihələrin müzakirə edildiyi bir mərkəzə çevirilib.

Azərbaycan bu gün daxili resursların, ilk növbədə stabilləşməyə gətirib çıxardığı bir ölkəyə çevrilib.

Azərbaycan bu gün digər ölkələr üçün öz daxili resurslarına söykənərək, güclü, nüfuzlu bir dövlət qurmağın təcrübəsini ortaya qoyub.

Bu baxımdan, ABŞ prezidentinin Azərbaycan prezidentinə təbrik məktubunun məzmunu bir daha göstərir ki, ABŞ Azərbaycanda gedən inkişafı görür, qiymətləndirir və onunla əməkdaşlıqda maraqlıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əməkdar artist prezidentin sərəncamı haqda nə dedi?

Read Next

Xalidə Bayramovanı Yaqub Nəcəfli əvəzlədi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir