“Azərbaycana gələn turustlərin sayı azaldılmalıdır” – MILLƏT VƏKİLİ – YENİLƏNİB

Araz Əlizadə: “Bəzi dövlətlərdən -adlarını çəkmək istəmirəm, hər kəs bilir- gələn turistlər bura öz mədəniyyətsizliklərini,  mənəviyyatsızlıqlarını, tərbiyəsizliklərini, vəhşiliklərini gətiriblər”

“Azərbaycanda qəlyan qadağan edilməlidir. Kimsə bunun arxasında durub. Narkotik vasitələrdən istifadəni Azərbaycanda qadağan etdiyimiz kimi, qəlyanı da qadağan etməliyik. Çünki narkotikdən istifadə edənlər qəlyan da çəkirlər”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Araz Əlizadə Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sentyabrın 19-da keçirilən iclasında deyib.

Deputat sonra bildirib ki, Azərbaycana adını çəkmək istəmədiyi bəzi dövlətlərdən gələn turistlərin sayı azaldılmalıdır:

“Bəzi dövlətlərdən -adlarını çəkmək istəmirəm, hər kəs bilir- gələn turistlər bura öz mədəniyyətsizliklərini,  mənəviyyatsızlıqlarını, tərbiyəsizliklərini, vəhşiliklərini gətiriblər. Biz seçim etməliyik –  mənəviyyat, yoxsa, pul?!”. Deputat Bakıda “bit problemi”nin yarandığına görə ona zənglərin olduğunu da deyib. “Zənglərdən sonra bu işin arxasında düşdüm. Zəng etdim Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə Oradan mənə dedilər ki, əvvəlllər bizdə müqavilələr vardı, gedib zirzəmiləri, zibil yeşiklərini dərmanlayaraq mübarizə aparırdıq. Daha sonra Səhiyyə Nazirliyinə də zəng vurdum. Onlar da dedi ki, bizimlə bu barədə müqavilə bağlanmayıb. Mənzil- Kommunal İdarəsinə də getdim. Oradan da dedilər ki, icra haklimiyyəti bizə buna görə pul ayırmayıb. Həmin icra hakimiyyətinin adını çəkmək istəmirəm. Daha sonra getdim həmin icra hakimiyyətinə. Mənə dedilər ki, bunun üçün siz icra başçısının adına ərizdə yazın, gəlin qəbula. Bu, biabırçılıqdır”.

***

hadi racabli-hadi

Komitə sədri Hadi Rəcəbli isə sulu qəlyanın zərəri ilə bağlı həmkarının fikirlərini təsdiqləyərək, eyni zamanda, bir sıra yerlərdə məhdudiyyətlərin tətbiq edildiyini xatırladıb.

Etikxeber.az

Read Previous

Musa Quliyevdən iki təklif

Read Next

“Şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir