“Azərbaycanda da, Dağıstanda da inkişaf tendensiyası təqdirə layiqdir” – ZİYAD SƏMƏDZADƏ

Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. 
Etikxeber.az-ın xəbərinə görə, komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycanla Dağıstan xalqları ortaq dəyərləri bölüşən, bir-birinə çox yaxın mədəniyyətə, adət-ənənələrə malik qardaş xalqlardır:
“Azərbaycanda da, Dağıstanda da gedən müsbət dəyişikliklər, inkişaf tendensiyası təqdirə layiqdir”. 
Komitə sədri qonaqlara Azərbaycanın büdcəsi, iqtisadi sahədə aparılan islahatlar, sahibkarlar, investorlar və kənd təsərrüfatının inkişafı üçün yaradılmış imkanlar, ölkəmizin keçdiyi tərəqqi yolu barədə ətraflı məlumat verdi.
 Dağıstan Milli Məclisi sədrinin müavini Kamil Davdiyev öz növbəsində Dağıstanın büdcəsi, iqtisadi  inkişafı, kənd təsərrüfatı haqqında danışdı.
Bildirdi ki, Dünya dini liderlərinin ikinci sammitinin Bakıda keçirilməsi Azərbaycana beynəlxalq səviyyədə böyük önəm verilməsinin bariz nümunəsidir.
Qonaq diqqətə çatdırdı ki, Dağıstan və Azərbaycan xalqları tarixən bir-birinə bağlı, ayrılmaz xalqlardır. Parlamentlərimiz arasında imzalanmış sənədlər bu münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır. 
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda müzakirələr aparıldı.
Görüşdə MM-in  deputatları Rüfət Quliyev, Aydın Hüseynov və İlham Əliyev iştirak edirdilər.
Etikxeber.az

Read Previous

Sağlamlıq imkanları məhdud və valideynlərini itirən uşaqlarla bağlı – YENİLİK

Read Next

“Təcili tibbi yardım maşınlarının, yanğınsöndürənlərin əraziyə girişi üçün yol yoxdur…” – HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir