Azərbaycanda internet azadlığı təmin olunurmu? – MÖVQE

“Freedom House”un dünyada internet azadlığına dair hesabatı reallığı əks etdirmir. Bu hesabatda Azərbaycana qarşı yenə də qərəz nümayiş etdirilib.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında deputat Kamilə Əliyeva deyib.

K. Əliyeva isə bildirib ki, “Freedom House” hər il eyni tipli hesabat hazırlayır:

“Yəqin həmin hesabatda da Azərbaycanın xeyrinə bir cümlə də görməyəcəyik. Çünki Azərbaycan müstəqil siyasət yeridən, ərazisinin kiçik olmasına baxmayaraq, böyük ölkələrə öz sözünü deyən dövlətdir. Ona görə də, bu, bəzi qüvvələrin xoşuna gəlmir, Azərbaycana qarşı qısqanclıq hissi ilə yanaşırlar”.

Belə hesabatların təəssüf doğurduğunu deyən K.Əliyevanın fikrincə, həqiqət və ədalət prinsiplərinin beynəlxalq təşkilatlar səviyyəsində pozulması bəşəri dəyərləri aşınmaya məruz qoyur:

kamilla-13

“Çünki müəyyən xarici dairələrin korporativ maraqlar naminə məsələlərə ədalətli yanaşmanın arxa plana keçirməsi çox zərərləri tendensiyadır”.

Ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini deyən, millət vəkilinin bildirdiyinə görə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya, vətəndaş cəmiyyəti quruculuğu, söz, internet azadlığı sahəsində də ciddi irəliləyişlər əldə edilib.

“Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir.

Bu mənada ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumilikdə, internet Azərbaycanın həyatına daxil olub. Təkcə “facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır. Həmçinin, Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Bu gün yüzlərlə internet saytları sərbəst şəkildə fəaliyyət göstərir. Əhalinin 80 faizninin internet istifadəçisi olduğu halda, “Freedom House” təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur”-deyə, deputat mətbuata açıqlamasında qeyd edib.

Etikxeber.az

 

Read Previous

Prezidentdən “Ləki–Qəbələ dəmir yolu xətti” ilə bağlı yeni – SƏRƏNCAM

Read Next

“Gələn il 64 min yeni iş yerinin açılması gözlənilir” – SAHİL BABAYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir