Azərbaycanda Milli Qurtuluş günü-QEYD OLUNUR…

15 İyun – Azərbaycanda Milli Qurtuluş günüdür.

Etikxeber.az məlumat verir ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunmuş 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib.

Lakin qiyamın miqyası daha da genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb.

Azərbaycanın müstəqilliyini istəməyən bir sıra antiAzərbaycan dairlərin və dövlətlərin təsiri altında olan qiyamçı polkovnik Surət Hüseynovun rəhbərliyi ilə qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb.

Hərbi qiyamın başında duranlar-S. Hüseynov və tərəfdarları hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini görən AXC iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib.

Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən yeni mərhələ başlayıb.

15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.

Etikxeber.az

Read Previous

“Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır…”-Prezident – İlham Əliyev və Mehriban Əliyeva -FÜZULİDƏ – AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

“Azərbaycan dövlətinin qazandığı beynəlxalq nüfuz məhz Heydər Əliyevin siyasi kursunun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində reallığa çevrilib”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir