Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər-KEÇİRİLƏCƏK

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Etikxeber.az

Read Previous

Cəmil Həsənli ilə Ramiz Yunus arasında fikir ayrılıqları yarandı-MİLLİ ŞURANIN SƏDRİ ELÇİN ŞIXLINI MÜDAFİƏ ETDİ

Read Next

“Sadə, yenilikçi, səmimi bir gəncdir”-DEPUTAT YENİ TƏHSİL NAZİRİ BARƏDƏ FİKİRLƏRİNİ AÇIQLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir