Azərbaycanı poliqona çevirmək istəyirlər – ƏLİ MƏSİMLİ

Obyektlərdə yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün çox vacib rol oynadı. Amma bundan sui-istifadə halları da mövcuddur. Həmin şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, həmin sahibkarlar bu məsələdə xeyli problemlər yaradıblar:

“Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik olunmasını vacib hesab edirəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Doğum haqqında şəhadətnamə ilə bağlı tələblər dəyişir?!

Read Next

Kimlər fərdi identifikasiya kartının alınması üçün müraciət edə bilər? – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir