Azərbaycanı Qalib Azərbaycan etmiş Şəhidlərin-BİRİNCİ SİNFƏ GEDƏN ƏZİZLƏRİ, ÖVLADLARI, QALİB AZƏRBAYCANIN İLK BİRİNCİLƏRİ – FOTOLAR

Bu gün Azərbaycanda növbəti tədris ili başlayıb, məktəblər şagirdlərin və müəllimlərin üzünə açılıb.

Ən çox sevinənlər isə övladları ilk dəfə orta məktəbə, birinci sinfə gedən uşaqların, birincilərin valideynləri olub.

Bunu elə sosial şəbəklər üzərindən paylaşılan fotolardan da görmək mümkündür.

Eyni zamanda, bu gün birinci sinfə gedənlər arasında valideynlərini, yaxınlarını itirmiş, Vətən uğurunda Şəhid vermiş birincilər də olub və var.

Onlar tarixə həm də Qalib Azərbaycanın ilk birinciləri kimi düşüblər.

Şəhid övladlarının və yaxınlarının fotolarını təqdim edirik:

Mayor, Şəhid Səyavuş Kəlbalıyevin oğlu Hümbət Kəlbalıyev

Şəhidin həyat yoldaşının dediklərindən:

“Hümbət, 20 yaşınadək Şəhid Mayor Səyavuş Kəlbalıyevin oğlu kimi tanıyacaqlar səni. Elə insan ol ki, 20 yaşdan sonra hansı Səyavuş deyə sual veriləndə – Hümbət Kəlbalıyevin atası Səyavuş deyilsin. İlk dərs günündə səni tək qoymayan əmilərin, xalaların var olsun. Xeyirli insan, xeyirli övlad olasan, balam. Ata isə bizimlədir. Səni görür, səninlə qürur duyur və ruhu şaddır!”

Mingəçevirli Şəhid qardaşlardan Tural Həsənovun oğlu-babası Tapdıq kişinin adaşı-balaca Tapdıq Həsənov

“Qarabağ” ordenli Şəhid Asəf Əsgərovun oğlu Emil Əsgərov

Gizir, Şəhid Sübhan Mahir oğlu Abdurəhmanlının qardaşı oğlu və babası Mahir kişinin adını daşıyan balaca Mahir Abdurəhmanlı

Goranboylu (Yevlax və Mingəçevirli) Şəhid Elçin Mirzəyevin üç qızından, üç fidanından biri-Aylin Mirəzyeva

Və Şəhid-XTÇ-çı Elvin İsgəndərovun gül üzlü qızları

Fotolar Etixeber.az-a məxsusdur.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Baş Prokurorluqdan partiya sədrinə-XƏBƏRDARLIQ…

Read Next

Daha 1356 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir