Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri-MÜƏYYƏNLƏŞDİ

2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi “Şkendiya”, “Keşlə” isə Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.

Püşkatmaya əsasən təmsilçilərimiz oyunlarını öz meydanında keçirəcəklər.

COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşmalar avqustun 27-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Əliyev Lukaşenkonu-TƏBRİK ETDİ, MƏKTUB GÖNDƏRDİ…-YENİLƏNİB

Read Next

Yoluxmada növbəti azalma-79 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir