“Azərbaycanı zəifləmiş, çökmüş görmək istəyənlərin cəhdlərinə rəğmən…” – DEPUTAT

“Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası hər zaman olduğu kimi, yenə də tarixi, əlamətdar və yaddaqalan bir iclas oldu. Bu iclas növbəti dəfə verilən mesajlarla, səsləndirilən fikirlər və çağırışlarla, irəli sürülən təkliflər və xəbərdarlıqlarla zənginlik təşkil etdi”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında hakim partiyadan olan millət vəkili Eldəniz Səlimov deyib.

Ölkə başçısının iclasdakı çıxışını bir daha yüksək qiymətlənirdiyini və dəyərləndirdiyini dilə gətirən deputatın sözlərinə görə, məlum çıxışda da vurğulandığı kimi, həqiqətən ilin birinci rübünün nəticələri göstərdi ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, ölkəmizin beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır.

“Cənab Prezident çox haqlı olaraq bəyan etdi ki,  ötən müddətdə çox ciddi sosial təşəbbüslər irəli sürülüb, ordu quruculuğu uğurla gedir və  biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaq. Kimsə də əsla və əsla buna şübhə edə bilməz. Dünyada 10 ilə yaxın bir müddət ərzində davam edən maliyyə-iqtisadi böhran, iqtisadi-siyasi-hərbi kataklizmlər fonunda Azərbaycan siyasi , eləcə də, makroiqtisadi sabitliyin qorunub-saxlanılması, Azərbaycanın “qaynayan” dünyamızda və yerləşdiyimiz bölgədə sabitlik, təhlükəsizlik adasına çevrilməsi deyilənləri və dediklərimizi tam-əyani şəkildə sübut edir, ortaya qoyur.

Azərbaycanı zəifləmiş, çökmüş görmək istəyənlərin və buna hər vəchlə çalışanların cəhdlərinə rəğmən, Azərbaycan hər imtahandan, hər sınaqdan daha möhkəmlənmiş, daha güçlənmiş, sabaha, gələcəyə daha inmalı şəkildə çıxır və ayaqları üzərində qətiyyətlə, əzmlə dayanır”- deyən E. Səlimovun sözlərinə görə, bununla yanaşı, dövlət başçısının özünün də təəssüf hissilə vurğuladığı kimi,  dünyada və regionda mövcud beynəlxalq vəziyyət hələ də çox gərgindir.

14918072172493255346_1000x669

“Çıxışı zamanı cənab Prezidentin də qeyd etdiyi kimi, mövcud olan münaqişələr, qanlı toqquşmalar hələ də davam edir. Yəni, yeni risklər yaranır, yeni təhdidlər ortaya çıxır və bütövlükdə, əfsuslar olsun ki, 2017-ci ildə bölgədə sabitlik istiqamətində ciddi, mübətə yönəlik addımlar atılmayıb.

“Əksinə, bir daha qeyd etmək istəyirəm ki, risklər artır. Əlbəttə, biz bu bölgədə yaşayan bir ölkə kimi bundan narahatıq və öz tədbirlərimizi görürük ki, Azərbaycan dövləti və Azərbaycan xalqı inkişaf etsin, normal yaşasın, ölkəmizdə təhlükəsizlik təmin edilsin və özümüzü potensial risklərdən qoruya bilək”- deyə, cənab Prezident daha sonra sözlərinə əlavə edib”.

14918072171442334543_1000x669

Biz də inanırıq və qəti əminik ki, ölkə Prezidentinin çox müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizi bütün risqlərdən qorumaq mümkün olacaq. Bunun əksini düşünmək üçün heç kimin heç bir haqqı yoxdur”-deyə, millət vəkili  sonda bildirib.

eldeniz salimov-1

Etikxeber.az

 

Read Previous

“Ancaq buna nail ola bilməyəcək…” – PREZİDENTDƏN XƏBƏRDARLIQ – FOTOLAR

Read Next

Valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb ki… – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir