Azərbaycanın aktivinə üçüncü qızıl medalı cüdoçu Orxan Səfərov yazdırdı – FOTO

Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. Cüdoçu Orxan Səfərov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasını izləyiblər.

Yarışda 60 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Orxan Səfərov türkiyəli Bəkir Özlünü 2:1 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

Azərbaycan idmançısı finala gedən yolda əvvəlcə yəmənli Ali Xousrof üzərində inamlı qələbə qazanıb. O.Səfərov yarımfinalda qırğızıstanlı Otar Bestayevə qalib gəlib.

Bu çəki dərəcəsində bürünc medallara özbəkistanlı Diyorbek Urozboev və qırğızıstanlı Otar Bestayev sahib olublar.

İdmançılara medalları Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim etdi.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, bayrağı qaldırıldı.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva idmançımızın qələbəsini alqışladılar.

Cüdoçu O.Səfərov 2013-cü ildə dünya çempionatında bürünc, 2015-ci və 2016-cı illərdə Avropa birinciliklərində gümüş medal qazanıb. “Bakı-2015” birinci Avropa Oyunlarının gümüş mükafatçısı olan O.Səfərov ötən il Rio Olimpiadasında Azərbaycanı təmsil edib.

O, birinci Avropa Oyunlarında qazanılmış nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.

Etikxeber.az

Read Previous

Karateçilərimiz ikinci bürünc medalı qazandı

Read Next

Cüdoçu Nicat Şıxəlizadə IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir