Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməyin – UKRAYNA XİN-DƏN ÖLKƏ VƏTƏNDAŞLARINA XƏBƏRDARLIQ

Ukrayna Xarici İşlər Nazirliyi  (XİN) vətəndaşlarına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməmələri barədə müraciət edib.

Etikxeber.az xəbər verir ki, Ukrayna XİN bu gün rəsmi saytında yaydığı məlumatda bir daha ölkə vətəndaşlarına xarici dövlətlərə səfər edərkən diqqətli olmalarını xatırladıb.

“Ukrayna Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən hər bir ukraynalı bu ölkənin qanunvericiliyinə əsasən inzibati və cinayət məsuliyyəti daşıyır” – deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir işğal altında saxlanılır.

Etikxeber.az

Read Previous

“Başa düşmək istəməyənlər çox şey itirəcək…” – İSA QƏMBƏR KİMLƏRƏ EYHAM VURDU?

Read Next

“Məhsəti”nin premyerası – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir