Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası, “Azərbaycan XXI əsrin astanasında”, “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi”… – SƏMƏDZADƏ YARADICILIĞI – FOTOLAR

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən növbəti dəfə deputatlığa namizəd Ziyad Səmədzadə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyasının hazırlanmasına rəhbərlik edib.

Etikxeber.az-ın xəbərinə görə, akademik apardığı genişmiqyaslı araşdırma və təhlillər nəticəsində sovet inzibati sisteminə xas ciddi qüsurları üzə çıxararaq sübut edib ki, Azərbaycanın iqtisadi-texniki və əmək potensialı onun iqtisadi müstəqil bir respublika kimi yaşamağına əsas verir.

1989-cu ildə akademikin rəhbərliyi ilə “Azərbaycanın iqtisadi müstəqilliyi haqqında” qanun layihəsi təklifi irəli sürülüb, 25 may 1991-ci il tarixində “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Konstitusiya qanunu qəbul edilib.

***

Ziyad Səmədzadə həmçinin, iqtisadi inkişaf, milli gəlir, demoqrafiya, məşğulluq, bazar münasibətləri və digər məsələlərə həsr olunmuş fundamental tədqiqatların və araşdırmaların, çox saylı monoqrafiya, kitab və məqalələrin müəllifidir.

Akademik elmi fəaliyyəti dövründə bəşəriyyəti düşündürən problemləri ön planda saxlayaraq dəyərli olan bir çox araşdırmalar həyata keçirib.

✅ Dağlıq Qarabağ: naməlum həqiqətlər kitabı;
✅«Azərbaycan XXI əsrin astanasında» 3 cildliyi;
✅«Dünya iqtisadiyyatı: Çin «iqtisadi möcüzəsi»» kitabı;
✅”Çin qlobal dünya iqtisadiyyatında” kitabı (rus və azərbaycan dillərində);
✅ «Böyük yolun mərhələləri» («Этапы большого пути») kitabı;
✅ “Böyük İqtisadi Ensiklopediya” 7 cildlik;
✅“Bakı nefti: qələbənin açarı – şərəfli keçmiş, işıqlı gələcək” və başqa dəyərli kitabların müəllifidir.

Etikxeber.az

Read Previous

293 nəfər deputatlığa namizədliyini geri götürdü – RƏSMİ

Read Next

Sevinc Fətəliyeva AŞPA-da media azadlığına dair müzakilərdə-NƏ DEDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir