“Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik”-QƏNİRƏ PAŞAYEVA

İyunun 17-də Milli Məclisdə (MM) Pakistanla parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə Dostluq Qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi ilə videogörüş keçirdi.

Etikxeber.az-ın xəbərinə görə, görüşdə Q. Paşayeva ölkələrimizin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi.

Qeyd edildi ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün müvafiq işlər görülür:

“Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik”.

Videogörüşdə millət vəkili Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verdi. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanmasını vurğuladı.

Deputat Prezident İlham Əliyevin COVİD 19 pandemiyası ilə bağlı Pakistan İslam Respublikasına 1 milyon ABŞ dolları ayırdığını vurğuladı. COVİD 19-lə mübarizədə birgə aparılan cəhdlərin öz müsbət nəticəsini verəcəyini söylədi.

Q. Paşayeva 11 fevral 2015-ci il tarixində Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini qeyd etdi.

Görüşdə Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin tarixindən danışan deputat bildirdi ki, Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirilir və problemin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə həllinin vacibliyi vurğulanır.

Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi səmimi görüşə görə minnətdarlığını bildirdi.

O, qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda öz geosiyasi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir:

“Ölkədə siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur”.

Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışdı.

Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Murtəza Caved Abbasi əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladı.

Videogörüşdə deputatlar Sadiq Qurbanov, Tahir Rzayev, Azər Badamov, Eldəniz Səlimov, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər iştirak edirdilər.

Etikxeber.az

Read Previous

“Hazırkı vəziyyətlə əlaqədar bütün səhiyyə işçiləri böyük yük daşıyır, xalqın xilsakarı rolundadırlar”-MÜŞFİQ CƏFƏROV

Read Next

Müdafiə Nazirliyi Tərtədə torpaq yolun düşmən tərəfindən atəşə məruz qalması barədə məlumatlara-AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir