Azərbaycanın sədrliyi ilə AŞPA-nın plenar iclası keçirildi – FOTO

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasına sədrlik edib.

samad-aspa

Etikxeber.az  xəbər verir ki, S. Seyidovun sədrlik etdiyi iclasda AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəsi dinlənilib.

İtaliyalı deputat Nunsiya Katalfonun hazırladığı “Vətəndaşların əsas gəliri, özünü müdafiə ideyası” adlı məruzə müzakirə edilib. Məruzədə Avropa ölkələrində yoxsulluğun və bərabərsizliyin artdığı, insanlara ləyaqətli həyat şəraitinin təmin edilməsinin çətinləşdiyi bildirilib.

Eyni zamanda, müasir rəqəmsal texnologiyanın inkişafı ilə bir çox iş yerlərinin bağlanması, işsizliyin artması diqqətə çatdırılıb. Məruzədə üzv ölkələrə ünvanlanan bir sıra təkliflər irəli sürülüb.

Etikxeber.az

Read Previous

Daxili təhdidlər və risklər yoxdur – İLHAM ƏLİYEV

Read Next

Millət vəkili AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırdı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir