Azərbaycanın üçrəngli bayrağının rəngləri İstanbul boğazından bərq vurur

Mayın 28-də Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri Fatih Sultan Mehmet körpüsündən İstanbul boğazına şölə saçmağa başlayıb. Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir.

Etikxeber.az xəbər verir ki, Avropa ilə Asiya arasında hərəkət edən yolçular böyük sevgi və maraqla nəhəng bir çilçırağı xatırladan körpünü maraqla seyr edir, xatirə şəkilləri çəkdirir, xoş təəssüratlarını sosial şəbəkədə paylaşır, canlı yayımlarla gördükləri mənzərənin sevincini paylaşırlar.

Qeyd edək ki, bu nadir bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Etikxeber.az

Read Previous

“Beşiktaş” klubu tarixində 15-ci dəfə Türkiyə çempionu oldu – FOTO

Read Next

“Kvadrat” filmi “Kann”-ın baş mükafatını aldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir