“Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq…”-ƏLİYEVLƏ ZELENSKİ YENİDƏN BİR ARADA, AZƏRBAYCAN PREZİDENTİNİN MOLDOVA SƏFƏRİ BAŞA ÇATDI – FOTO – YENİLƏNİB

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi.

Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirdi və bunun çox yüksək qiymətləndirildiyini dedi.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mimi qəsrinin xatirə kitabını imzaladı.

22:09

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasına səfəri iyunun 1-də başa çatıb.

Etikxeber.az

Read Previous

“Mənə ikinci qrup əlillik düşsə də, hələ də bu məsələ öz müsbət həllini tapmayıb, çox yorulmuşam…”- TOVUZLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLAD ATASI, 3 MEDALLI-QAZİ ƏHMƏD AZAD OĞLU ALIYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Şəhid Cəmil Məmmədliyə həsr olunmuş “Elə bir ömür yaşayacam ki…” sənədli filminin təqdimatı-BU DƏFƏ TƏHSİL ALDIĞI AzTU-DA – FOTOLAR -YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir