“Azərbaycanın üzərinə gəlindikcə, o, daha da mətinləşir, daha da güclü, daha da monolit və daha da sarsılmaz olur”-KAMİLƏ ƏLİYEVA DEPUTATLARA ÜNVANLANAN İRADLARLA RAZILAŞMADI

Ermənistanın növbəti təxribatı və fitnəkarlığı nəticəsində Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində yaranan gərginlikdən, 12 iyul hadisələrindən sonra düşmən və onun havadarları, açıq-gizli dəstəkçiləri bir daha hərbi-siyasi-mənəvi uğursuzluğa düçar edildilər. Həm hərb meydanında, həm siyasət, həm diplomatiya meydanında, cəbhəsində, həm də mənəvi müstəvidə sarsıdıcı, öldürücü zərbələr aldılar, bütün məkrli planları, hesabları pozuldu, baş tutmadı. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan iqtidarı birlikdə gücünü, həmrəyliyini, vəhdətliyini, sarsılmazlığını, monolitliyini növbəti dəfə hər kəsə, bütün düşmənlərə və dünyaya nümayiş etdirdi. Həm də mesaj vermiş, verilmiş oldu ki, Azərbaycanın üzərinə gəlindikcə, o, daha da mətinləşir, daha da güclü, daha da monolit və daha da sarsılmaz olur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, çünki bu sarsılmazlığın, bu monolitliyin, bu həmrəyliyin təməlində səmimiyyət, qarşılıqlı etimad, güvən, inam dayanır:

“Azərbaycan xalqı öz dövlətindən, öz ordusundan, öz hakimiyyətindən güc alır, Azərbaycan dövləti və hakimiyyəti də öz xalqına güvənir, ondan ilham, güc alır. Bu, paytaxtda və ölkəmizin digər bölgələrində keçirilən (bəzi xırda məqamları nəzərə almasaq) Orduya, Alİ Baş Komandana dəstək yürüşlərində də, eyni zamanda, son günlər dünyanın hər bir yerində keçirilən aksiyalarda, xaricdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizin, soydaşlarımızın, dispor təşkilatlarının möhtəşəm və izdihamlı toplantılarında da bir daha bir özünü açıq şəkildə təzahür etdirdi və etdirir. Bunlar hər birimizi qürurlandırır, sevindirir.

Düşmənlər, onların havadarları da bir daha gördülər və görürlər ki, heç nə ilə Azərbaycan xalqını, Azərbaycan dövlətini, onun təhlükəsizliyi keşiyində dayanan Ordusunu, mərd, igid övladlarını qorxutmaq, geri çəkindirmək, sarsıtmaq mümkün deyil və mümkün olmaz. Bu birgəlik, bu həmrəylik, bu monolitlik sayəsində isə 32 ildən bu yana hər birimizin həstətlə gözlədiyi o ana-Qələbəyə, Zəfərə bir addım da yaxınlaşmış oluruq və çox tezliklə bu gözləntimiz, bu müqəddəs arzumuz, amalımız da baş tutacaq. Qarabağımızda, digər işğal olunmuş yurd yerlərimizdə ücrəngli, ay-ulduzlu bayramızığı dalğalandıracağıq. Hər kəs buna əmin olsun”.

Millət vəkili eyni zamanda, son günlər bəzi ziyalılar və sosial şəbəkə istifadəçiləri tərəfindən deputatların ünvanına səsləndirilən iradlara toxunub və onlarla razılaşmadığını bildirib.

Qeyd edib ki, iradlar reallıqdan, həqiqətdən uzaqdır və qərəzlidir.

“Millət vəkillərinin hər biri öz seçicilərinin yanındır. Hər biri seçicisinin, seçicilərinin problemləri ilə maraqlanır, onların həllinə nail olmağa çalışır və əksər hallarda da nail olmağı bacarır. Bunu sosial şəbəkələrin özündən də görmək mümkündür. Millət vəkillərinin hər biri öz məsuliyyətlərini anlayır və hər daim seçicilərinin, dövlətinin, Ordusunun, ölkəni bu inkişaf, tərəqqi həddinə, səviyyəsinə gətirib çıxaran iqtidarın yanındadırlar. Öz işləri ilə, öz fəaliyyətləri ilə öz dəstəklərini, öz töhfələrini verməyə çalışırlar və bundan sonra da çalışacaqlar. Ona görə şəxsi hisslərə qapılaraq, millət vəkillərini yeri gəldi-gəlmədi ittiham etmək, irad bildirmək düzgün və ədalətli deyil”-deyə, o, sözlərinə əlavə edib.

09:44

Etikxeber.az

Read Previous

“Gürcüstan son sınaqdan da üzüağ çıxmadı…”-POLİTOLOQ

Read Next

“Əgər xarici güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edirlərsə, Ankarada artıq bunu Türkiyəyə hücum kimi dəyənləndirirlər…”-ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir