Azərbaycanlı deputat AŞPA-da Ollanda sual ünvanladı – FOTOLAR

AŞPA-nın payız sessiyasının plenar iclasından sonra Fransa Respublikasının Prezidenti Fransua Olland assambleyanın üzvlərinin suallarını cavablandırıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Fransa dövlətinin başçısına belə bir sual ünvanlayıb: “Skeptiklər bildirirlər ki, artıq multikulturalizm siyasəti tənəzzülə uğrayıb. Ancaq təcrübə göstərir ki, kökünü ümumavropa dəyərlərindən götürən multikulturalizm ideyasının zəfəri terrorizmə qarşı ən ağır zərbədir. Digər dinlərə və millətlərə qarşı rəğbətin və xoş məramın hökm sürdüyü cəmiyyətlərdə terrorizmin mənbəyi olan dözümsüzlük və nifrətin artmasına yer yoxdur.

Sizcə, Avropa cəmiyyətlərində multikulturalizm siyasətini terrorizmlə mübarizə vasitəsi kimi yenidən canlandırmaq olarmı? Avropa cəmiyyətlərində bunu hansı vasitələrlə etmək mümkündür?”

Fransua Olland Fransanın dünyəvilik modelini misal çəkərək bütün dini təriqətlərin sülh içərisində birgə yaşamasının mümkün olduğunu bildirib. Dövlət başçısı Fransada dünyəvilik prinsipinin ölkədəki bütün dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşaya bilməsinə, dini azadlıqların təmin edilməsinə imkan yaratdığını qeyd edib. Prezident, eyni zamanda, dini adətlərin və qaydaların ictimai həyata təsir etməməsinin önəmini vurğulayıb, cəmiyyətlərdə qanunun aliliyinin vacibliyini diqqətə çatdırıb.

olland-aspa

Etikxeber.az

Read Previous

Müdafiə naziri təlim-atış mərkəzində olub

Read Next

6 seçki məntəqəsində seçki komissiyaları buraxıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir