Azərbaycanlı hakim CEV tərəfindən yeni təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Etikxeber.az xəbər verir ki, E.Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Uraloçka” (Rusiya) – “Vakıfbank” (Türkiyə) oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi italiyalı Roberto Boris olacaq.

Qeyd edək ki, “Uraloçka”-“Vakıfbank” oyunu fevralın 28-də Yekaterinburqda keçiriləcək.

Etikxeber.az

Read Previous

“Azəriqaz” yenə Abşeronla daha 3 rayonu qazsız qoyacaq – SABAH

Read Next

Statistika Komitəsi: Elektrik avadanlıqlarının istehsalı isə 4,6 dəfə artıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir