Azərbaycanlı iş adamının istehsal etdiyi məhsul beynəlxalq müsabiqədə qızıl medala layiq görüldü

rauf

Avstriyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Rauf Kamil öz müəssisəsində istehsal olunan məhsullarla növbəti dəfə beynəlxalq müsabiqədə münsiflər heyətinin rəğbətini qazana bilib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər il Londonda təşkil olunan “Beynəlxalq şərab və spirt müsabiqəsi”nə öz məhsullarını təqdim edən R.Kamilin “Baku” arağı müsabiqənin qızıl, “Austrian Gold Saffron Vodka” adlı məhsulu isə gümüş medalla təltif olunub. Məhsul istehsalında yeni metod və kreativ üsullardan istifadə edən Rauf Kamilin əsas məqsədlərindən biri də Avropa bazarlarına Azərbaycan adını tanıdan məhsulları çıxarmaqdır.

Təkcə Avstriyadan 30-dan artıq spirt məhsulları istehsalçısının qatıldığı müsabiqədə dünyanın 90-dan artıq ölkəsinin məhsulları iştirak edir. Müxtəlif kateqoriyada təqdim olunan məhsullar yeddi ay ərzində 400 ekspert tərəfindən qiymətləndirilib və sonra məhsullar kimyəvi analizdən keçirilib. Spirtli içkilər sahəsində “Oskar” müsabiqəsi kimi dəyərləndirilən “Beynəlxalq şərab və spirt müsabiqəsi“ 1969-cu ildən bəri hər il təşkil olunur və böyük ənənələrə söykənir.

Noyabr ayında London şəhərində “Guildhall” sarayında mükafatların rəsmi təqdimetmə mərasimi keçiriləcək.

Etikxeber.az

Read Previous

“İlan Sultan”,“Köhnə ev” və “Əsrlərin harayı”…

Read Next

Xəbərdarlıq: Yağmurlu hava davam edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir