“Azəriqaz” bu dəfə İmişli və Saatlını qazsız qoydu…

Qaz İxrac İdarəsinin balansında olan “Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunan qaz sızmalarının ləğvi işləri icra olunacaq.

“Azəriqaz” İB-dən Etikxeber.az verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün saat 06:00-dan 21:00-dək bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-dək Saatlı, İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Saat 09:00-dan avqustun 8-i işlər başa çatanadək “Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhəri və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulacaq.

Məlumatda həmçinin qeyd olunub ki, bu gecə saat 02:00-da Zərdab rayonunun Birinci Alıcanlı kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər.

Qaz sızması yarandığından kəndin 30 abonentinin qaz təchizatında fasilə yaranıb.

Etikxeber.az

Read Previous

YENİ “ASİYA AÇILIMI” SON QOPMA NÖQTƏSİDİR?! – Baxış

Read Next

Ümid ən sonda ölür, ölməyə qoymayın! – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir