“Azəriqaz” qışın bu çağında yenə də bəzi bölgələri qazsız qoyur…

Aparılan abadlıq işləri ilə bağlı, qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcədə qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, yanvarın 18-də saat 09:20-dən işlər başa çatanadək Bakının Binəqədi rayonunun Çiçək yaşayış massivinin, həmçinin Abşeron rayonunun Xırdalan şəhəri və Baş Güzdək, Aşağı Güzdək, Qobu, Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə Etikxeber.az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Etikxeber.az

Read Previous

Tüstülənmə, zəhərlənmə…can almaqda, “Azəriqaz” susmaqda davam edir… YENİLƏNİB

Read Next

Avtoqəzada xəsarət alan 5 nəfərdən biri öldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir