“Azərişıq” Abşeronu yeni işıqsız qoyur…

110 kilovoltluq “I Binəqədi hava elektrik verilişi xətti”ndə aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 7-də saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Etikxeber.az-a bildirilib ki, həmçinin Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci kilometrində Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kilovoltluq “136 saylı yarımstansiya”dan çıxan,

Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) balansında olan 6 kilovoltluq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində avqustun 7-də saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Etikxeber.az

Read Previous

“Biz susduqca, düşmən həyasızlaşır!” – RÜSTƏM BEHRUDİ

Read Next

“Xarici borcumuzun yaxın illərdə daha da azaldılması qarşıya vəzifə kimi qoyulub” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir