“Azərreyl” Çempionlar Liqası yarışlarına qələbə ilə başladı – FOTO

Dekabrın 15-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.

Etikxeber.az xəbər verir ki, “Azərreyl” komandası Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edib.

Serbiyalı baş hakim İvan Lazareviçin idarə etdiyi oyunun ilk seti Bakı təmsilçisinin 25:21 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci setdə “Dabrova Qornitsa” hesaba tarazlıq gətirib – 25:15.

Təşəbbüsü ələ alan Bakı təmsilçisi ardıcıl iki setdə – 25:21 və 28:26 hesablı qələbə qazanıb.

Beləliklə, görüş 3:1 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb.

“C” qrupunun digər oyununda Fransanın “Sen-Rafael” komandası Türkiyənin “Fənərbağça” klubunu qəbul edəcək.

Etikxeber.az

Read Previous

Deputat: “Sanki İran televiziyalarının Hələblə bağlı məlumatlarını dinləyirsən…”

Read Next

Qarlı və şaxtalı hava Bakının yollarında problemlər yaratdı- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir