“Azərsu” rəsmisi 3 min manat məbləğində – CƏRİMƏLƏNDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində keçirilən növbəti reyd zamanı Sumqayıt-Novxanı bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.

ETSN-nin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, faktla bağlı “Azərsu”nun Bağlar Su-kanal İdarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Tullantı sularının dənizə axıdılmasının qarşısını almaq və çirkab suların kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar su-kanal idarəsinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Etikxeber.az

Read Previous

Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlandı

Read Next

Rövşən Rzayevdən bəzi məmurlarla bağlı – SƏRT TƏDBİRLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir