“Az qala əlini uzatsan, o biri eyvana çatır…”-MƏLAHƏT İBRAHİMQIZI YENİ MƏNZİLLƏRLƏ BAĞLI TƏNZİMLƏMƏLƏRƏ EHTİYAC OLDUĞUNU DEDİ, FAZİL MUSTAFA İSƏ SƏFƏRBƏRLİKLƏ BAĞLI QANUNVERİCİLİYİN DƏYİŞDİRİLMƏSİNİ TƏKLİF ETDİ

Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat  Məlahət İbrahimqızı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, Bakının Nəsimi rayonunda yeni tikilən binalar bir-birinə çox yaxındır:

“Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu, tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə, Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

***

“Tarixi mənbələr var ki, Bakının işğaldan azad olunması üçün xüsusi səfərbərlik elan edilmişdi. Zəngəzur qiyamını yatırmaq üçün də səfərbərlik elan edilib”.

Bunu isə deputat Fazil Mustafa deyib.

O, bildirib ki, ali və orta məktəblərdə hərbi dərslər bərpa olunmalıdır:

“Biz orta və ali məktəblərdə hərbi dərsləri ləğv etməyimizin fəsadını yaşadıq. Müharibə şəraitinin tələbi üzrə biz təcili orta və ali məktəblərdə hərbi dərslərin bərpa olunmasını təmin etməliyik. Bu gün çox sayda insanlarımız adi silahla davranış qaydalarını bilmir. Biz eyni zamanda səfərbərliklə bağlı qanunvericiliyi də dəyişməliyik. Bir ailədə tək uşağı, yaxud bir ailənin bütün uşaqlarını səfərbərliyə cəlb edirlər. Əlbəttə, bu, vətənlə, torpaqla bağlı məsələdir. Amma sosial müavinətlə bağlı xüsusi müddəalar olmalıdır. Bir uşağı əsgərə gedən ailələri qanunvericiliklə müəyyən müavinətlərlə təmin etməliyik. Arxa cəbhədə kiminsə bir sıxıntısı qalanda bu, həmin insanın döyüş ruhuna da təsir edəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar”-QƏNİRƏ PAŞAYEVADAN MÜHÜM TƏKLİF

Read Next

Eldar Quliyev həm də MM-in-YENİ KOMİSSİYA SƏDRİ OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir