“Az qala evləri başına uçsun…” – DEPUTAT YAZIÇILARIN DURUMUNDAN ŞİKAYƏTLƏNDİ

“Mən də hesab edirəm ki, mədəniyyət üçün büdcədə artırılan 304 milyonluq vəsait yetərli deyil. Amma bununla belə, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir. Bu Fondun, hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı  sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir. Yəni, büdcədə mədəniyyət sahəsinə artırılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin  (MM)  Əmək və sosial siyasət komitəsinin üzvü, yazıçı  Elmira Axundova parlament komitələrinin birgə iclasında  gələn ilin büdcə zərfinin  müzakirəsi zamanı bildirib.

Çıxışında Azərbaycan Yazıçılar Birliyinin (AJB)  üzvlərinin maddi durumuna toxunan millət vəkili bildirib ki, 2500-dən artıq üzvü olan qurumun üzvlərinin böyük əksəriyyətinin maddi durumu ürəkaçan deyil.

“Çoxlarının az qala yaşadığı mənzillər başlarına uçur. Mənzilm şəraitləri çox bərbaddır. Onu da nəzərə alaq ki,  yazıçıların böyük əksəriyyəti işləmir, onlar yazıb-pozurlar, yaradıclı fəaliyyətlə məşuğl olurlar. Ona görə də onların öz maddi-sosial durumlarını, mənzil şəraitlərini yaxşlaşdırması mümkün deyil. Bu baxımdan, büdcədə bu sahənin insanlarına ayrıca vəsait nəzərdə tutulmalıdır. Bu, elə də böyük vəsiat təşkil etmir. İnanın ədəbiyyata, yaradıcı insanlara, yazıçı və şairlərə ayrılan, yönəldilən vəsait itmir, batmır, o, geri qayıdır, Azərbaycan dövlətinin mədəniyyətinin inkişafına, tandılması işinə xidmət edir. Odur ki, bu məqama daha ciddi diqqət yetirmək lazımdır”-deyə, millət vəkili sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Hakimlərin sayı azı iki dəfə artırılmalıdır…” – DEPUTAT

Read Next

“Regionlarda ödənişsiz hüquq məsləhətxanaları yaradılmalıdır” – OMBUDSMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir