Az qala MM-in səlahiyyətləri başqa qurumlara verilir… – HƏSƏNQULİYEV – YENİLƏNİB – (1)

Deputat: Parlamentin səlahiyyətinə aid olan məsələlər başqalarına verilə bilməz

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin qəbulu ilə bağlı “Normativ hüquqi aktlar  haqqında” Konstitusiya qanununa dəyişiklik nəzərdə tutulur.

ali-huseynli-1

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında  komitə sədri Əli Hüseynli deyib.

O, qeyd edib ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi çox mühüm sənəd olduğu üçün o, normativ hüquqi aktlarla bağlı qanunvericilikdə uyğunlaşdırma aparılmasını zəruri edir.

qudret-1

Millət vəkili Qüdrət Həsənquliyev isə normativ hüquqi aktlarla bağlı qanunverciliyə nəzərdə tutulan dəyişiklikiyi ölkə Konstitusiyasına zidd adlandırıb.

O, eyni zamanda bildirib ki, MM-in səlahiyyətləri başqa bir quruma verilə bilməz:

“Burada isə az qala Milli Məclisin səlahiyyətləri başqa qurumlara verilir. Bu, Konstitusiyamıza tam ziddir. Hansısa qurum, özü də beynəlxalq qurum bizim əvəzimizdən normativ hüquqi sənədlər qəbul edə bilməz. Amma təklif olunan dəyişikliklə sanki bu hüquq Milli Məclisdən alınıb başqalarına verilir. Biz bunu qəbul edə bilmərik”.

***

rafael

Millət vəkili: “Kobud ehtiyatsızlıq”ı haradan tapıb gətiribqanuna daxil ediblər?

“Kobud ehtiyatsızlıq” nə deməkdir?”

Bunu da müzakirələr zamanı millət vəkili Rafael Cəbrayılov deyib.

O, qeyd edib ki, qanunvercilikdə “qəsdən” və “ehtiyatsızlıq” məhfumları var:

“Qəsdən” məhfumu da iki mənada işlənilir. Amma “kobud ehtiyatsızlıq” nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər? Əgər qanunvericilikdə bu məhfum olacaqsa, onda “ehtiyatsızlıq”la “kobud ehtiyatsızlıq” da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə “ağlabatan” sözünü götürək… “Ağlabatan” hara, qanunvericilik hara?”.

Deputat belə hesab edir ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır.

***

Valeh Ələsgərov: Bütün ictimaiyyət də bilsin ki, onların mənafeyinə toxunacaq heç bir addım atmırıq

“Mən istəyirəm ki, jurnalistlər də burada qalsın, yəni, Azərbaycan ictimaiyyəti də bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq”

Bunu da öz növbəsində vitse-spiker Valeh Ələsgərov deyib.

O, qeyd edib ki, nə Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində, nə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda Azərbaycanın mənafeyinə, ölkə Konstitusiyasına zidd heç nə yoxdur:

“Qoy bunu bütün ictimaiyyətimiz də bilsin ki, onların mənafeyinə toxunacaq heç nə yoxdur. Əksinə, bom-boş ərazidə Azərbaycanın iqtisadiyyatına töhfə verə biləcək bir azad iqtisadi zona yaradılır və bununla da bağlı qanunvericilik qəbul edirik. Mənafeyimizə, maraqlarımıza, Konstitusiyamıza zidd ola biləcək heç yoxdur. Axı, investor qapı-qapı düşüb gəzməyəcək ki?! Nə etməliyiksə, biz etməliyik, qanunvericiliklə tənzimləmələyik. Məqsdəd bundan ibarətdir, yəni, investor üçün əlverişli mühit yaratmaq…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Fuad Muradovu Ülvi Quliyev əvəzləyəcək – YENİLƏNİB

Read Next

Birinci vitse-prezidentə və vitse-prezidentlərə dövlət qulluqçusu statusu şamil edilməyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir