“Azad edilmiş ərazilərdə işğalın acı nəticələrini bu yaxınlarda şəxsən öz gözlərimlə müşahidə etmişəm…”-ƏFQANISTANIN AZƏRBAYCANDAKI SƏFİRİ -FOTO

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun ilə görüşüb.

Etikxeber.az-ın məlumatına görə, Əfqanıstanın Ermənistanın işğalı ilə üzləşən Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyi və bu mövqeyin 44 günlük Vətən Müharibəsinin ilk günündən birmənalı şəkildə davam etdirildiyini bildirən S. Seyidov Əfqanıstan parlamentinin hər iki palatasının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunan bəyanatlarına diqqət çəkib.

Səfir Amanullah Ceyhun qardaş ölkənin parlamentində olmasından məmnunluğunu qeyd edərək Əfqanıstanda Azərbaycan səfirliyinin açılmasının ikitərəfli əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Səfir deyib ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin qəbul etdiyi qətnamələri öz gücünə yerinə yetirərək bölgədə beynəlxalq hüququ və tarixi ədaləti bərpa edib.

O, qeyd edib ki, azad edilmiş ərazilərdə işğalın acı nəticələrini bu yaxınlarda şəxsən öz gözləri ilə müşahidə edib. Azərbaycanın 2000-ci ildən bəri ölkəsində sülhməramlı missiyada iştirak etdiyini vurğulayan A.Ceyhun Əfqanıstanı həmişə dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib

. Diplomat ölkəsinin Azərbaycanla münasibətlərə dəyər verdiyini, iki ölkə arasında əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi üçün parlamentlərin mühüm töhfələr verə biləcəyini vurğulayıb.

S. Seyidov Azərbaycanın Əfqanıstanla bir çox sahədə əlaqələrin dərinləşməsində maraqlı olduğunu, o cümlədən hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını qeyd edib.

Görüşdə müxtəlif platformalarda əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Etikxeber.az

Read Previous

140 illik tarixi olan “Horadiz-Zəngilan-Ağbənd” beynəlxalq dəmiryol qovşağı-AYBƏNİZ İSMAYILOVA YAZIR

Read Next

“Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır…”-SPİKER – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir