AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

“Azərbaycan Hava Yolları” QSC cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

QSC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə şəhəri Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Şəhərə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.

Regionda unikal hesab ediləcək Ciddəyə birbaşa reyslər “Azərbaycan Hava Yollarının” digər reysləri ilə rahat calanacaq. Bu, nüfuzlu Britaniya agentliyi “Skytrax”ın qiymətləndirməsinə əsasən, postsovet məkanında ən yaxşı hava limanı adlandırılmış Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcək.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür: (+99412) 598 88 80; *8880 E-mail: callcenter@azal.az

Etikxeber.az

Read Previous

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Read Next

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir