AZAL-dan xəbərdarlıq: Uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməyin və enerji şəbəkəsinə qoşmayın

AZAL Samsung Galaxy Note 7 smartfonu ilə səyahət edən sərnişinlərə xəbərdarlıq edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  Etikxeber.az-a bildirilib ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən “Azərbaycan Hava Yolları” sərnişinlərdən uçuş zamanı Samsung Galaxy Note 7 smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

Bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

Məhdudiyyətlər Samsung Galaxy Note 7 smartfonlarının alışıb yanması halları ilə əlaqədar olaraq geri çağırılması barədə Samsung şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

Samsung Galaxy Note 7 smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

Etikxeber.az

Read Previous

Prezident: “Qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır”

Read Next

“Baku Sinfonietta” orkestrinin iştirakı ilə “Broadway Night Show” konserti olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir