Futbol üzrə milli komandaların oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL klubu iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Klubdan Etikxeber.az-a bildiriblər ki, baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan “Liman”ı sınağa çəkəcək. Bu görüş “AZAL-Arena”da baş tutacaq.
Növbəti oyunda isə rəqib gənclərdən ibarət yığma komanda olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21 ilə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.
Etikxeber.az