“AZAL” ya özəlləşdirilməli, ya da…” – NATİQ CƏFƏRLİ

“Ölkəyə Paris-Bakı reysi ilə döndüm, təyyarənin cəmi 30-35%-i dolu idi, yerlər boş qalmışdı. Normal şirkətlər belə olanda, uçuşa 48, 24 və 12 saat qalanda “yanan bilet” siyasəti elan edir, qiymətlərdə ciddi endirimlər edir, ağıllı və bazar qanunları ilə işləyən şirkətlər isə öncədəm analiz aparır, təyyarənin boş qalmaması üçüm çevik qiymət siyasəti yürüdürlər”. 

Etikxeber.az xəbər verir ki, bunu “REAL”-ın üzvü Natiq Cəfərli qeyd edib.

O, qeyd edib ki, “AZAL” dövlətin boynunda oturub, dövlət vəsaiti ilə təyyarə almasına, vergi güzəştləri aldığına, kreditləri silindiyinə, bazrda təkbaşına inhisarçl şirkət olmasına baxmayaraq rəsmən ziyanla işləyir.

“İradəçiliyi bərbad, çevikliyi, araşdırması yox səviyyəsində – şirkətin apardığı siyasət həm ölkə vətəndaşlarının xaricə səfərlərini məhdudlaşdırır (camaat Tiflisdən, Kutaisidən uçur), həm də xaricdən ölkəyə daha çox turist gəlməsinə mane olur.

“AZAL” ya özəlləşdirilməli, ya da xarici şirkətlərin bazara girməsinə maneələr aradan qaldırılmalıdır. Rəqabətli mühit olsa, bəlkə “AZAL” da düzələr, normal işləməyi öyrənərlər…”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Milan” Di Mariyaya görə PSJ klubuna 45 milyon avro təklif edib?!

Read Next

Pambıqçıları daşıyan avtobus aşdı, 20-yə yaxın şəxs xəsarət aldı – GORANBOYDA – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir