Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azarkeşlərin rəqib komandaya hücüm çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ)Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib. Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır.
Həmin məlumatlar BŞBPİ tərəfimindən qəti şəkildə təkzib olunur. “Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yazılıb, iddialar dezinformasiyadır.
Mətbuat nümayəndələrinə tövsiyyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər”.
Etikxeber.az