“Azarkeşlərin “APOEL”ə hücüm çəkməsilə bağlı məlumatlar həqiqət deyil” – BŞBPİ

Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azarkeşlərin rəqib komandaya hücüm çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında  Bakı Şəhər Baş Polis İdarəsi  (BŞBPİ)Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib. Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna “transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

 “Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyə edirik”. 

Həmin məlumatlar BŞBPİ tərəfimindən qəti şəkildə təkzib olunur. “Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yazılıb, iddialar dezinformasiyadır.

 Mətbuat nümayəndələrinə tövsiyyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər”.

Etikxeber.az

Read Previous

“Azəriqaz” indi də Şəmkirlə Lənkəranı qazsız qoyur…

Read Next

Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi hissədə oldu – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir